Gürcistan Azerbaycanlıları Kongresi Başkanı Hüseyin Yusubov, ülkemizde yaşanan depren felaketi ile ilgili, yardım kampanyası başlatarak, kardeş ülke Türkiyemizin yanındayız mesajı verdi.
Gürcistan Azerbaycanlıları Kongresi Başkanı Hüseyin Yusubov tarafından yapılan açıklama şöyle :
Milli dövlətimiz olan Türkiyə Cümhuriyyətində baş verən şiddətli zəlzələ bizləri çox sarsıtdı.
Ölənlərə Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirik.
Axtarma və xilasetmə qüvvələrini Allah pənahında saxlasın.
Zəlzələ bölgəsində gedən prosesləri diqqətlə izləyirik. Zəlzələdən bir neçə müddət sonra artıq hadisə yerində fəaliyyət göstərən Türkiyə dövlətinin nə qədər güclü və qüdrətli olduğunun bir daha şahidi olduq.
Biz, Gürcüstan Azərbaycanlıları olaraq, düşünürük ki, Türkiyə Cümhuriyyətinin zamanla yarışdığı bu an bütün bəşəriyyət üçün bir sınaq anıdır. Eyni zamanda Türk dünyasının tək yumruq kimi birləşməsi yolunda bir imtahandır.
Türkiyə Cümhuriyyətinə, TÜRK DÜNYASINA və hər birimizə Allahdan səbr diləyirik.
Başımız sağ olsun!
Bu ağır günlərdə bütün BORÇALI TÜRKLƏRİNİ Anadoludakı can QARDAŞLARIMIZIN yanında olmağa, onlara dəstək olmağa, yardım kampaniyasına dəvət edirik. Yardım kampaniyasına qoşulan hər kəsə əvvəlcədən təşəkkür edirik.
Yardımla bağlı çox qısa vaxtda əlavə məlumat verəcəyik.