Xanəli Kərimli : TURAN QALXIR AYAĞA

Şair ve yazar Xanəli Kərimli kaleme aldı...

Xanəli Kərimli                                                
                                 TURAN QALXIR AYAĞA
(Lirik monoloq)


Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur.
Mustafa Kamal Atatürk

Mən Turan şairiyəm!..
Həqiqətin aşiqi,
Zəfərin dan yeriyəm!..

Mən Turan şairiyəm!..
Tanrının gur işığı,
Cənnətin Kövsəriyəm!..

Közüm köz olub mənim.
Sözüm söz olub mənim,
Çağlayan bir türküyəm...

Tarixlər yaşıdıyam,
Köküm çox dərindədir...
Onuncün də diriyəm.

Dünyası mənə ilk ev,
Göyü də qübbəm  olan
Kainatın piriyəm.

Azadlıq bayraqdarı,
Köləliyin qənimi,
Bəşəriyət hürrüyəm...

Mən Turan şairiyəm!..
Mən Turan şairiyəm!..

***

Əsr təlatümdədir,çırpınır öz içində,
Turan qalxır ayağa indi başqa biçimdə.

Yerdən,Göydən müjdə var ərənlər ərəninə:
“Bəşər səcdə edəcək Turançılıq dininə”.

Bu din dinlər dinidir,gəlibdir yaranışdan,
Bu dinin hər ayəsi doğulubdur savaşdan.
İnsan,insanlıq üçün savaşda olub hər an,
Ancaq bircə yol belə tökülməyib nahaq qan.

Bu dinin peyğəmbəri Alp Ər Tonqa Xaqandır,
Xaqanların xaqanı,Cahan içrə Cahandır.

O,Allahı bir görüb,Göyə Tanrı deyibdir.
Əyninə Tanrı rəmzi göy libasın geyibdir.

Bilibdi ki, göy rəngdə bir yaratmaq eşqi var,
Yaradanın eşqindən yaranmışda nəsə var.

İnsan yaranışından yaradanın quludur,
Onunçün də Yaradan ululardan uludur.
Bu ulu qüvvət verdi türkə hörmət,ehtiram,
Türkü etdi dünyaya sahibi- natiq Quran.

Bir əliylə endirən,bir əliylə qaldıran
Türkün gücü edibdi şərin mülkünü viran.
Tanrı türkü göndərib ədalətin rəmzitək,

Dünyaya düzən gəlsin türkün əliylə,gerçək.
Min illərdir türk oğlu Şərqin,Qərbin ağası,
Ulu türksüz olmayıb dünyanın toyu,yası.
Bütün başlar, başçılar türkə səcdəyə gəlib,
Türk də kimin kimliyin çox ustalıqla bilib.
Bəlkə elə bununçün Məhəmməd Mustafadan
Hökm gəldi bəşərə:
“Türkə asi olmayın”,söyləyibdi Yaradan.
Harda bir türk yaşarsa,demək,orda haqq yaşar,
Haqq olan yerdə isə ədalət coşub daşar.
Göy türk imperatoru böyük Bilgə Kağanın
Fərmanı dolaşırdı dünyanın dörd bir yanın:
“Göydən göy çökmədikcə,Yerdən Yer batmadıqca
Türk törəsi pozulmaz,türk oğlu yatmadıqca”.
Türkə çağırış etdi ərənlər əri Kağan:
“Ey türk,özünə qayıt,sən özünə qayıtsan,
Daha ulu,möhtəşəm,daha böyük olassan”
Türk özünə qayıdıb elə yarandığından,
Qoruyubdu bəşəri ölümdən,qırğın,qandan.
On altı imperiyanın,iyirmi  dövlətin
Qurucusu türk olub,daha cəsur və mətin.
Tarix qansız,amansız,tarix qəddar,baş kəsən,
Bəzən İblisə  uyub fitnə toxumu əkən.
Ən qorxlu çağında,Çaldıran torpağında
Qardaş qanı tökdürüb türkün türk  ocağında.
Tarixin dönəmində çox iblislər doğulub,
Türkü türkə saldıran bədxahlar da çox olub.
Lakin türk öz türklüyün qoruyub zaman-zaman,

Ona dönük çıxana vaxtında uddurub qan.
Varaqla bir tarixi,türkə dönük çıxanlar,
Hər əsrdə türk olan türkün öz öndəri var.
Türkün şanlı bayrağı,bayraqdarı Atatürk
Söylədi:
"Türkün dostu dünyada türkdür elə ən böyük”.
Bir ucu Gündoğandan,bir ucu Günbatandan,
Halay qurub hay vuran türkdür gəlib bir qandan.
Kükrəyib çağlayanda atının kişnərtisi,
Göylər də vəcdə gəlib ucaldardı bu səsi.
İndi bu səs səs olan “Bayraqdar”ın səsidir,
Türkün türkə əvəzsiz ən böyük töhfəsidir.
Türkün “Qızıl alması”qalxanda göy üzünə,
Bir barış gətirəcək dünyanın hər üzünə.
Bu gün türkü yetirən,şərəf,şöhrət və şana
Türk oğlu türk Ərdoğan daha sığmır Cahana.
O dönməz iradəli,məğrur,uca,yenilməz,
Vulkan kimi möhtəşəm,dağlar kimi əyilməz,
Türkün türk qüdrətini qaytardı öz-özünə.
Türkə kəc baxanların bıçaq sancdı gözünə.
Onun cəsarətində Yerin,Göyün gücü var,
Onun böyük amalı  TURAN adlı bir  diyar.
O bir Tanrı gücüylə qaldırmaqla ayağa
“Türkəm” deyən hər kəsi döndərdi ulu dağa.

Dağlar dağa qovuşub yandırırlar çırağı,
Qaldırırlar göylərə Turan adlı bayrağı.
O bayrağın önündə dayanıb məğrur-məğrur
Mənim Azərbaycanım,baxışında min qürur.
Oddan keçib od olub od daşıyan millətim,
Qalib, zəfər adıyla dünya gəzir şöhrətin.
Bu şöhrəti şöhrətə mindirən türk qardaşım,
Qoy həmişə ucalsın göylərə məğrur başın.
İndi əlli milyonuq türk toplumu içində,
Əlli milyonluq ordu yerin,göyün gücündə.
Qazax,qırğız,özbəyin azadlıq amalına
Qoşulub türkmən,uyğur bir Turan cəlalına...

...Turan qalxır ayağa, başlayır Türk erası ,
Bundan sonra bitəcək“böyüklərin” qovğası.
Çin səddi yaxşı bilir türkün böyüklüyünü,
Bilir türklə açılıb dünyanın hər düyünü.
Daha kimsə kimsəyə “mənəm,”mən” deyə bilməz,
Türkün həddi olmadan özlərin öyə bilməz.
Onda bəşər biləcək yaşamağın dadını,
Onda hər kəs biləcək öz nəslinin adını.
Biləcəklər dünyada,sən demə,həqiqət var,
İnsanı insan edən ədalət,ləyaqət var.
Çəkiləcək ayağı “tülkü siyasilərin”,
Hər kəs Haqqın önündə tapacaqdır öz yerin.
Dünya türk işığıyla süslənəcək günbəgün,
Başlanacaq dünyada yeni mizan,yeni gün.
O günün hərarəti qızdıracaq hər kəsi,
Tutacaqdır dünyanı insanlığın haqq səsi.

Turan qalxır ayağa,sayalı olsun adı,
Kəsiləcək göz yaşı- insanlığın fəryadı.
Turan qalxır ayağa, bunu Yer,Göy də bilir,
Dünyaya yeni nəfəs, dünyaya işıq gəlir.
                           
Turan qalxır ayağa!...
Dünyaya Turan gəlir!...,
Dünyaya iman gəlir!...
Dünyanı quran gəlir!...

08-09.06.2023